Qafqazda qurulan oyun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlər Cənubi Qafqaz ölkələri üzərindən ciddi siyasi oyunlar qurulmağa çalışılır. Bütün tarixi dövrlərdə böyük güclərin marağında olan region hər zaman bunun fəsadlarını yaşayıb. Heç bir qüvvə Qafqazda sülh olmasının tərafdarı olmayıb və bu məqsədə müxtəlif alətlərlə çatmağa çalışıb. Beynəlxalq qüvvələrin bu siyasətindən isə hər zaman yerli əhali əziyyət çəkib.
Azərbaycanın Qarabağ məsələsini cəmi 44 gün ərzində həll etməsi isə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Region üçün birdən-birə yaranan sülh, iqtisadi inkişaf imkanları bir sıra dairələrin planlarını əsaslı şəkildə pozdu. Pozulmuş planların nəticəsi olaraq həmin qüvvələr təcili yeni planlar qurmağa, yeni alətlər axtarmağa başladılar.
Region ölkələri içərisində yeganə siyasi, iqtisadi sabitlik olan ölkə Azərbaycandır. Həm Gürcüstanda, həm də Ermənistanda hazırda ciddi hakimiyyət davaları aparılır. Dövlətin dayaqları ciddi şəkildə sarsıdılmağa çalışılır. Hər iki ölkədə böyük güclərin maraqlarının toqquşması sanki "şişmək" effekti verir. Etirazlar, toqquşmalar bu qəbildəndir.
Görünən odur ki, region dövlətlərini bir-birinə düşmən etmək siyasəti hazırda tam da effektiv deyil, əvəzində daxili münaqişələr yaradılmağa çalışılır.
Baş verənlər fonunda Azərbaycanın yürütdüyü siyasət peşəkar və dəqiq hesablanıb. Azərbaycan bu gün region üçün balanslaşdırıcı rol oynayır və regiondakı sabitliyin yaradıcısı da məhz Azərbaycandır. Bu gün regionda proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun baş verir.
Azərbaycan öz qətiyyətli mövqeyindən geri çəkilmir və çəkilməyəcək. Kənar qüvvələr regionda proseslərə müdaxilə etməyə, öz maraqlarını təmin etməyə cəhd göstərsələr də, Azərbaycanın prinsipal mövqeyi nəticəsində bütün bu cəhdlər iflasa uğrayır. Məhz bu səbəbdən də həmin qüvvələr ölkələrin daxili işlərinə müdaxilə edərək, vəziyyəti gərginləşdirməyə çalışırlar.
Lakin bütün tərəflər anlamalıdır ki, regionun aparıcı qüvvəsi Azərbaycandır və regional bütün məsələlərdə Azərbaycanla hesablaşmalıdırlar.
Gürcüstan və Ermənistan isə siyasi müstəqillik üçün bu proseslərdən minimum ziyanla çıxmağı bacaracaqlarmı? Bu məsələ ciddi sual altındadır. Çünki hər iki ölkə üçün əsas xarakterik cəhətlərdən biri iqtisadi müstəqilliyinin olmaması və asılılıqdır. Məhz bu amil də müstəqil siyasətin qurulmasına imkan vermir.
Ümumilikdə, baş verən siyasi proseslərdən region əhalisinin çıxarmalı olduğu bir nəticə var. Heç bir halda hansısa qüvvələrdən asılılıq rifah vəd etmir. Həmin qüvvələr ilk fürsətdə, maraqları dəyişdikdə qurban verməyi də bacarırlar.
Günümüz reallığında Ukrayna buna ən "ideal" nümunədir. Hazırkı dönəmdə Ukraynanı Rusiya qarşısına çıxaran Qərb faktiki olaraq onu döyüş meydanında tək buraxmaq üzrədir.
TREND
DİGƏR XƏBƏRLƏR
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
Bu qoç 1 milyon dollara satıldı
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
XƏBƏR LENTİ
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)





