Qırğızıstanın paytaxtı Bişkekdə əcnəbilərlə kütləvi davadan sonra minə yaxın insan şəhər mərkəzində Çuyski prospekti ilə Kurmanjan Datvka küçəsinin kəsişməsinə toplaşıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "24.kg" agentliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə daxili qoşun qüvvələri cəlb edilib, vətəndaşların toplaşdığı küçələrə su şırnaqlı maşınlar yerləşdirilib.
Qeyd edilir ki, Bişkekdə mayın 13-də hostellərdən birinin həyətində bir neçə yerli sakin əcnəbilər tərəfindən döyülüb. Bu gün isə qırğızlar məsələni aydınlaşdırmaq üçün əraziyə gəliblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun