Fitso bu çıxışına görə güllələnib? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Slokaviyanın Baş naziri Robert Fitso hökumət iclasının keçirildiyi binanın qarşısında güllələnib.
Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, baş nazirin güllələnməsindən sonra sosial şəbəkələrdə onun Ukrayna müharibəsinə görə Qərbi ittiham etməsi görüntüləri paylaşılıb.
R.Fitso çıxışlarından birində Ukraynada baş verən müharibəyə görə Qərbi ittiham edir:
"Ruslar və ukraynalıların 10 il davamlı olaraq bir-birilərini öldürmələrindənsə, bu müddəti danışıqlar masası ətrafında keçirmələri daha yaxşıdır. Bu müharibəni Qərb istəyir və dəstəkləyir. Bu fakt 2022-ci ildə, bəzi Qərb dövlətləri Ukraynanı Rusiya ilə sülh sazişi imzalamaqdan çəkindirəndə ortaya çıxdı. Deyirlər ki, biz Ukraynadakı müharibədən Rusiyanı zəiflətmək üçün istifadə edəcəyik. Ukraynaya hərbi və iqtisadi yardım göstərəcək, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyik. Lakin bu işə yaramır. Mən iddia edirəm ki, Qərbin Ukrayna ilə bağlı strategiyası işləmir".
Dəfələrlə Qərbi tənqid edən R.Fitso Üçüncü Dünya müharibəsinin başlaya biləcəyini əsas göstərərək Ukraynanın NATO-ya daxil olması fikrinə də qarşı çıxıb, AB və NATO-nu "sülh" sözünü işlətmədiyinə və daim müharibədən bəhs etdiyinə görə tənqid edib.
Qeyd edək ki, hazırda baş nazirin vəziyyətinin ağır olduğu, qarın nahiyəsindən və döş qəfəsindən yaralandığı bildirilir. R.Fitso vertolyotla Bratislava xəstəxanasına aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi





