Dünya

Blinken Ukraynada səfərdədir - FOTO

14 May 2024 08:34
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Blinkenin əvvəlcədən "elan olunmamış" səfəri qatarla baş tutub.

Agentlik qeyd edib ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkvəzifəli amerikalı məmurun Ukraynaya ilk səfəridir.

"Reuters"in sitat gətirdiyi adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisinə görə, Blinken səfəri zamanı Kiyevin "müdafiəsini gücləndirmək" və "döyüş meydanında təşəbbüsü bərpa etmək" məqsədilə ABŞ-nin silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl "Politico" ABŞ dövlət katibi Antoni Blinkenin bu həftə Kiyevə səfər etməyi planlaşdırdığını bildirmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.