Dünya

Qazaxıstan incə siyasət yürüdür: Dövlət dili genişlənir

11 May 2024 08:36
Baxış: 620
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Respublikada dil sahəsində təxribatlara əl atmağa çalışan və bu məsələni gərginləşdirmək və siyasiləşdirmək istəyən qüvvələr var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan Prezident Administrasiyasının rəhbəri Aybek Dadebayev deyib.

Administrasiya rəhbərinin sözlərinə görə, Qazaxıstanda dilinə görə kiməsə ayrı-seçkilik, təqib və ya hər hansı təzyiqə yol verilmir.

O, Qazaxıstanda dövlət dili - qazax dilinə və onun istifadə dairəsinin genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb.

"Çox incə siyasət aparılır. Onun düsturu çoxdilli cəmiyyəti olan, lakin vahid dövlət dili olan ölkədir. Lakin bu siyasətin ən mühüm komponenti dil tolerantlığıdır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.