Dünya

Makron Ermənistana səfərə hazırlaşır

10 May 2024 12:25
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfər edə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu məlumatı Fransanın Ermənistandakı səfiri Olivye Dekottini bildirib.

Səfirin sözlərinə görə, Fransa prezidentinin İrəvana səfəri Ermənistan hakimiyyəti ilə müzakirə olunur:

"Biz Ermənistan hakimiyyəti ilə səfərin mümkünlüyündən danışırıq. Əlbəttə, Şarl Aznavurun 100 illiyi çox cəlbedici hadisədir".

Qeyd edək ki, Ermənistanın baş naziri Parisə səfəri zamanı Makronu payızda Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün İrəvana dəvət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.