Dünya

Bayden jurnalistləri qorumaq qərarına gəldi

4 May 2024 10:54
Baxış: 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden tezliklə bütün dünyada jurnalistlərin təqiblərinə qarşı mübarizəyə yönəlmiş sərəncam imzalayacaq. 

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.  

"Yaxın həftələrdə prezident bütün dünyada mətbuat azadlığının pozulmasına cavab olaraq icra sərəncamı imzalayacaq", - Ağ Evin sözçüsü bildirib. 

O, Baydenin bunu milli təhlükəsizliyə ciddi təhdid adlandıracağını və mətbuatı susdurmağa çalışanlara qarşı sanksiyalar və viza qadağaları da daxil olmaqla tədbirlər görəcəyini söyləyib. 

Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən elan edilib və hər il mayın 3-də qeyd olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.