Dünya

Rusiyadan Krımla bağlı Qərbə xəbərdarlıq

3 May 2024 16:35
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Krımla bağlı Qərbə xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Kiyev açıq şəkildə Qərbin dəstəyi ilə Krım körpüsünə yeni hücuma hazırlaşır.

O, Vaşinqton, London və Brüsselə xəbərdarlıq edib ki, Krım körpüsünə qarşı hər hansı aqressiv hərəkət sarsıdıcı cavab zərbəsi alacaq

"Rusiya Vaşinqton, London və Brüsselə xəbərdarlıq edir ki, Krıma qarşı istənilən aqressiv hərəkət uğursuzluğa məhkumdur və Moskva cavab tədbirləri görəcək", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.