Dünya

Paşinyan erməniləri “verməməkdə” ittiham etdi

1 May 2024 21:25
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş nazir Nikol Paşinyan şərti sərhəddəki Kirants kəndinin sakinlərini Ermənistanı xilas etmək istəməməkdə ittiham edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Paşinyanın Tavuş sakinləri ilə görüşü aprelin 29-da baş tutub:

"Baş nazir Kirants sakinlərini müharibənin qarşısını almaq, bütün Ermənistanı xilas etmək üçün bir parça torpaq vermək istəmədiklərinə görə tənqid edib. O, vətəndaşları əmin edib ki, Azərbaycanla sərhədin delimitasiyası Ermənistanın müstəqilliyi və mövcudluğu naminə həyata keçirilir".

Qeyd edək ki, söhbət "torpaq verməkdən" yox, Azərbaycanın 30 ildir işğal altında saxlanılan 8 kəndindən anklav olmayan 4-nün sülh yolu ilə geri qaytarılmasından gedir.

Erməni mediası isə bu prosesi qızışdıraraq, bunu "torpaq vermək" kimi qələmə verir. Çünki bu toplumun təsəvvürü belədir, işğal etdiklərini özlərininki sayır, yerləşdikləri ərazini "ulu Tiqranın mirası" adlandırır və həyasızcasına Azərbaycan torpaqlarının işğalını davam etdirməyə çalışırlar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.