Dünya

Ryabkov: NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq

25 Aprel 2024 09:49
Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Polşa ərazisində nüvə obyektləri yerləşdirərsə, onlar qanuni hədəfimiz olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, belə bir cəhd sabitliyi pozmaq xarakteri daşıyır: "NATO ölkələrinin birgə nüvə missiyalarının sərhədlərimizə yaxınlaşması Rusiya üçün təhlükələri gücləndirir".

Diplomatın sözlərinə görə, bu, Polşanın təhlükəsizliyi üçün nəyisə dəyişməyəcək: "Lakin müvafiq obyektlər mütləq hədəfə çevriləcək və hərbi planlaşdırmamızda onlar ön planda olacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.