Dünya

Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb

17 Aprel 2024 00:08
Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının ətrafında keçirilən aksiyada Daxili İşlər Nazirliyinin bir əməkdaşı yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, parlament binasının arxa girişində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma olub.

Polis hazırda aksiya iştirakçılarının parlament binasının arxa girişindən çıxarmağa çalışır.

Daxili İşlər Nazirliyi parlamentin yaxınlığında keçirilən aksiyanın iştirakçılarını bir daha asayiş keşikçilərinin göstərişlərinə tabe olmağa, zorakı hərəkətlərdən və polis əməkdaşlarına hücumlardan çəkinməyə çağırır.

"Mitinq iştirakçıları qanunsuz əməllərini davam etdirsələr, Daxili İşlər Nazirliyi qanunda nəzərdə tutulmuş xüsusi tədbirləri tətbiq edəcək.
Bir daha qeyd edirik ki, hər bir qanun pozuntusuna polis tərəfindən müvafiq hüquqi cavab veriləcək", - məlumatda deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.