Dünya

Zəngəzurda 4 erməni hərbçi belə ölüb: sərçə yuvası tapıblar…

15 Aprel 2024 23:08
Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 12-də Ermənistanın Mehri rayonunda dərəyə aşan avtomobildə yaralanan 20 əsgərdən biri 19 yaşlı Hovsep Ambardsumyanın anası Angela Şegikyan hadisə ilə bağlı detalları açıb.

Milli.Az globalinfo.az-a istinadla xəbər verir ki, o, qəzaya düşən "Ural" markalı maşını övladının sürdüyünü bildirib.

Şegikyan həmin hərbi maşının istifadəyə yararsız olduğunu deyib:

"Maşın 5 ildir xarab imiş, əyləci tutmurmuş. Hətta maşında sərçə yuvası tapıblar, yəni o qədər köhnə və yararsız maşın imiş. Həmin avtomobilə 16 nəfərdən artıq insan yerləşməz, halbuki maşında 30 nəfər olub. Oğlum dedi ki, maşının mühərriki çətinliklə işə düşüb. Qəza da maşındakı texniki nazaslıq səbəbindən baş verib".

Xatırladaq ki, aprelin 12-si saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan "Ural" markalı avtomobil naməlum şəraitdə yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində 4 erməni hərbçisi ölüb, 20-si yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.