Dünya

Kilsədə ayin zamanı bir neçə nəfəri bıçaqladı - ANBAAN VİDEO

15 Aprel 2024 15:39
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sidneydə kilsədə ayin zamanı bir neçə nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, kilsənin yepiskopu Mar Mari Emmanuelin ayin zamanı hücuma məruz qaldığını əks etdirən videogörüntü yayılıb.

Videoda bir kişinin keşişin sinəsindən bıçaqladığı görünür. Keşiş yerə yıxılır və bir qrup kilsə ziyarətçisinin ona tərəf qaçması və təcavüzkarı keşişdən ayırmağa çalışması ilə daha beş nəfər bıçaqlanıb.

Kilsənin yepiskopu Mar Mari Emmanuel Assuriya Ortodoks inancının ultra mühafizəkar təriqətinin lideridir.

Hücum Ueyklidəki "Crist The Good Shepherd" kilsəsində baş verib.

Polis xəsarətlərin həyati təhlükəsinin olmadığını bildirib.

Bir nəfər həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.