Dünya

Daşqınlar 4,8 mindən çox evi su altında qoydu

14 Aprel 2024 10:29
Baxış: 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox fərdi yaşayış evi su altında qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksək rütbəli zabiti Erasıl Saypaş brifinqdə bildirib.

Onun sözlərinə görə, daşqın dövrü başlayandan xilasedicilər tərəfindən 107 119 nəfər, o cümlədən 38 457 uşaq təxliyə edilib. Müvəqqəti yerləşdirmə mərkəzlərində 7414 nəfər var:

"Hazırda səkkiz rayonda 4 870 fərdi yaşayış evi, 1 264 həyətyanı sahə və 2 035 bağ evi su altındadır. 3 mindən çox yaşayış evindən və 2 minə yaxın həyətyanı sahədən su çəkilib".

Mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın səkkiz rayonunda fövqəladə vəziyyət qalmaqdadır. Xilasetmə əməliyyatlarında 35 mindən çox insan, 4 mindən çox texnika və 14 təyyarə iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.