Dünya

Yaponiya sahillərində 5,2 maqnitudada zəlzələ olub

8 Aprel 2024 08:20
Baxış: 488
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiyanın Küsü adasının cənub-qərbində, Miyazaki prefekturasının cənubunda 5,2 maqnitudada zəlzələ baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər yayıb.

Mütəxəssislər fövqəladə hallar barədə xəbərdarlıq sistemi vasitəsilə zəlzələdən sonra güclü titrəyiş ehtimalı barədə xəbərdarlıq ediblər.

Təbii hadisənin episentri Miyazaki sahillərində olub. Zəlzələ ocağı 40 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.