Dünya

Erməni deputat: İkinci Qarabağ müharibəsindən sonra diz çökmüşdük

3 Aprel 2024 11:06
Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hakim "Mülki Müqavilə" Partiyası nüfuzunu itirdi, bir növ öldü.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkə parlamentində siyasi təşkilatı təmsil edən deputat Ovik Ağazaryan deyib.

"Biz diz çökmüşdük. Amma bizə dedilər ki, qalxın, düz yoldasınız. Ona görə də müharibədən sonra "Mülki Müqavilə" Partiyası ölüb-dirildi", - o söyləyib.

Deputatın sözlərinə görə, müharibə və qurbanların verilməsi doğru yol deyil.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb və noyabrın 9-da Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə başa çatıb. Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.