Dünya

Nobel mükafatı laureatı vəfat etdi

28 Mart 2024 10:02
Baxış: 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də yaşayan israilli psixoloq, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman 90 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun ölümü ilə bağlı məlumatı "The Washington Post"a övladlığa götürdüyü qızı təsdiqləyib.

Alim davranış iqtisadiyyatının banilərindən biri olmaqla yanaşı, qeyri-müəyyənlik və risk şəraitində qərarların qəbul edilməsini təsvir edən perspektiv nəzəriyyəsinin müəllifi idi.

Daniel Kaneman 5 mart 1938-ci ildə Təl-Əvivdə anadan olub və 2002-ci ildə "psixoloji tədqiqatların iqtisadiyyata inteqrasiyasına" görə iqtisadiyyat üzrə Nobel mükafatı alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.