Dünya

Hədəfimizə çatdıq: artıq Ukraynada silah yoxdur - Rusiya

23 Mart 2024 23:40
Baxış: 1 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın məqsədinə - dövlətin demilitarizasiyasına nail olunduğunu söyləmək olar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nin sessiyasında bildirib.

"Ukrayna ordusunun uzun müddətdir ki, öz silahları ilə döyüşmədiyini nəzərə alsaq, demək olar ki, bizim xüsusi əməliyyatımızın məqsədinə - Ukraynanın demilitarizasiyasına nail olunub", - o vurğulayıb.

Nebenzyanın sözlərinə görə, ukraynalılar yalnız NATO ölkələrindən gələn təchizat sayəsində sağ qalırlar:

"Döyüş meydanındakı vəziyyət hazırda Ukrayna ordusu üçün fəlakətlidir və rus qoşunları Kiyevə hərəkət edən Qərb zirehli texnikasını məhv etməklə öz uğurlarını möhkəmləndirməyə davam edir".

O, həmçinin qeyd edib ki, NATO ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakını inkar etmək mənasızdır və bunun üçün yüzlərlə sübut var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.