Dünya

“Krokus”un önündə Ukrayna nömrəli maşın…

23 Mart 2024 08:40
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terror aktının törədildiyi "Krokus Siti Holl"un önündə Ukrayna nömrəsi olduğu ehtimal edilən mikroavtobus aşkarlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hüquq-mühafizə orqanı əməkdaşları mikroavtobusu axtarsalar da, heç nə tapmayıblar.

Terrorçuların ağ sedanla hadisə yerindən qaçdığı ehtimal edilir.

Qeyd edək ki, "Krokus Siti Holl"da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Teraktın ardınca binada partlayış baş verib. "Krokus"da böyük yanğın hələ də davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.