Dünya

Gigiyena qaydalarını heçə sayan Baş nazir tənqid atəşinə tutuldu

5 Mart 2024 23:56
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkanın Baş naziri Mette Frederiksenin sosial media hesabında paylaşdığı yemək resepti ölkədə müzakirələrə səbəb olub.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, buna Baş nazirin yeməyi hazırlayarkən çiy toyuqla soğanı eyni kəsmə taxtasında doğraması səbəb olub.

Danimarka tarixinin ən gənc Baş naziri ünvanını daşıyan Mette Frederiksen gigiyena qaydalarından birinə əməl etmədiyi üçün sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.
Bəs həqiqətən də toyuğu tərəvəzlərlə eyni taxtada doğramaq təhlükəlidirmi?

Qida mühəndisi Ebru Akdağ bunun qida təhlükəsizliyi və gigiyena standartları baxımından "əsas qayda pozuntusu" olduğunu təsdiqləyib.

"Heyvan mənşəli çiy qidalarla meyvə-tərəvəz və ya digər hazır qidaların eyni kəsmə taxtasında doğranması çarpaz yoluxma riskini artıra bilər. Çarpaz yoluxma mikroorqanizmlərin bir qidadan digərinə keçməsi deməkdir. Bu isə qida zəhərlənməsinə, hətta epidemiyalara səbəb ola bilər. Çiy toyuqda salmonella və "campylobacter" kimi zərərli bakteriyalar var. Bu bakteriyalar çiy və ya az bişmiş ət istehlak etdikdə qida zəhərlənməsinə səbəb olur. Ona görə də buna qarşı görüləcək tədbirlər mətbəxdə qida təhlükəsizliyi praktikasının mühüm bir hissəsidir", - deyə Ebru Akdağ qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.