Dünya

İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırıb

4 Mart 2024 23:58
Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məsləhətləşmələr üçün Nyu-Yorkdan geri çağırılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz "X" səhifəsində yazıb.

Nazir bildirib ki, bu qərar BMT-nin 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı tərəfdarları tərəfindən törədilmiş cinsi zorakılığa dair hesabatı susdurmağa çalışması səbəbindən qəbul edilib.

İsrailli nazirin sözlərinə görə, BMT-nin baş katibi Antoniu Quterreş bu hesabata lazımi diqqət yetirməyib və onun müzakirəsi üçün Təhlükəsizlik Şurasının iclasını çağırmayıb.

Rəsmi Təl-Əviv qeyd edir ki, sözügedən hücum sərhədyanı kəndlərin əhalisinə qarşı çoxsaylı cinsi zorakılıq halları ilə müşayiət olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.