Dünya

BMT: Sudanda on milyonlarla insan aclıqla mübarizə aparır

21 Fevral 2024 23:58
Baxış: 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən böyük məcburi köçkünlük böhranının yaşandığı Sudanda azı on milyonlarla insanın artan aclıq və qida çatışmazlığı ilə üzləşdiyini bildirib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

BMT Sudanda 10 aydır davam edən vətəndaş müharibəsi səbəbindən azı 25 milyon insanın aclıq və qida çatışmazlığı ilə mübarizə apardığını bildirib.

"Təəssüf ki, hazırda vəsaitimiz yoxdur və ehtiyacı olan insanlara lazımi miqyasda çatmaq imkanına malik deyilik", - Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının rəsmi açıqlamasında bildirilib.

Ümumdünya Ərzaq Proqramının sözçüsü Annabel Siminqton, hər həftə minlərlə ailənin evlərindən didərgin düşdüyünü və Çad və Cənubi Sudana doğru sərhədləri keçmək məcburiyyətində qaldığını bildirib.

"Hər iki ölkədə yağınıtlı mövsüm yaxınlaşır və bununla da insanlara çatmaq çətinləşəcək. Biz bunu davam etdirə biləcəyimizə əmin olmaq üçün indi yardım hazırlamalıyıq. Bunu edə bilmərik, üstəlik Çad, Cənubi Sudan öz aclıq böhranları ilə məşğuldur", - o qeyd edib.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Sudanda yaşı 5-dən aşağı olan təxminən 3,8 milyon uşaq da pis qidalanır.

Xatırladaq ki, Sudanda 2023-cü ilin aprel ayından vətəndaş müharibəsi gedir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.