Dünya

“Onunla bir müddət vaxt keçirə bildiyimə görə minnətdaram”

16 Fevral 2024 19:56
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Harri xəstəliyini öyrəndikdən sonra atası Böyük Britaniya kralı III Çarlzla görüşməsindən danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Harri "ABC News"a müsahibə verib.

"Mən təyyarəyə mindim və bacardığım qədər tez onu görməyə getdim. Bax, mən ailəmi sevirəm. Təyyarəyə minib onu görməyə və onunla bir müddət vaxt keçirə bildiyimə görə minnətdaram", - Harri bildirib.

Qeyd edək ki, fevralın 5-də Bukinqem sarayının mətbuat xidməti Böyük Britaniya kralı III Çarlzda xərçəng aşkarlandığını açıqlayıb. Fevralın 6-da isə Şahzadə Harri atasının yanına uçub. Jurnalistlərin sözlərinə görə, hersoq kralla cəmi 30 dəqiqə vaxt keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.