Dünya

Zelenski Baş Qərargah rəisini də işdən çıxartdı

9 Fevral 2024 23:50
Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sergey Şaptala vəzifəsindən azad olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində məlumat verib.

"Bu gün Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin komandanlığı və müdafiə naziri Rüstəm Umerovla müşavirə keçirdim. Müşavirələrin nəticələrinə əsasən: birincisi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdim. Baş komandan Aleksandr Sırskinin təklifi ilə general-mayor Anatoli Barxileviçi yeni Baş Qərargah rəisi təyin etdim. Təcrübəli insandır - bu müharibənin vəzifələrini və Ukraynanın məqsədlərini anlayır", - Zelenski qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.