Dünya

“III Çarlz xərçəngi otlar və iksirlərlə müalicə edəcək”

9 Fevral 2024 21:05
Baxış: 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya kral ailəsi eksperti və keçmiş BBC jurnalisti Tom Bauer bildirib ki, Kral III Çarlz ənənəvi xərçəng müalicəsi dərmanlarından imtina edə bilər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bauerin sözlərinə görə, III Çarlz həmişə kimyaterapiyaya qarşı olub və alternativ təbabətə üstünlük verib:

"O, təbii otların, iksirlərin və bu kimi şeylərin tərəfdarıdır".

Bauer qeyd edib ki, kral 2023-cü ildən baş həkim vəzifəsində çalışan britaniyalı həkim Maykl Diksona müraciət edəcək. Belə ki, kral kimi Dikson da xəstəliklərin qeyri-ənənəvi üsullarla ən yaxşı şəkildə müalicə olunduğuna inanır.

Qeyd edək ki, Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub. Xəstəliyin 75 yaşlı monarxda prostat vəzinin böyüməsi ilə bağlı prosedurlar zamanı aşkarlandığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.