Dünya

Qurani-Kərimi yandıran şəxsə hökm oxundu

9 Fevral 2024 06:06
Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç İmmiqrasiya Məhkəməsi Qurani-Kərimi yandıran şəxslə bağlı qərar verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikaya qarşı İmmiqrasiya İdarəsi deportasiya qərarı çıxarıb.

Bu qərardan razı qalmayan Salvan Momika apellyasiya məhkəməsinə müraciət edib.

Məhkəmə Momikanın yaşayış icazəsi ilə bağlı yalan məlumat verdiyini müəyyən edərək deportasiya qərarını dəstəkləyib.

İmmiqrasiya Məhkəməsinin təsdiq etdiyi qərarla onun deportasiya prosesi başlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.