Dünya

Kanadada Trüdonu təhdid edən şəxs saxlanılıb

8 Fevral 2024 08:47
Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın milli polis "X"də (keçmiş tviter) baş nazir Castin Trüdonu hədələyən şəxsi saxlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Global News" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, saxlanılan Monrealın 30 yaşlı sakini Pol Klarissodur. Ona artıq ittiham irəli sürülüb. Həmin şəxsi yaxın vaxtlarda məhkəmə gözləyir. Ona hansı cəza veriləcəyi məlum deyil.

Polis Trüdonun təhlükəsizliyinə təhdidlərin ciddi şəkildə yayılmasını nəzərə alaraq, Klarissonu araşdırma apardıqdan sonra saxlanılıb. Söhbətin hansı təhdidlərdən getdiyi açıqlanmır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.