Dünya

Livan Böyük Britaniyaya nota verdi

6 Fevral 2024 17:48
Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın xarici işlər naziri Devid Kameronun Beyruta səfərinə etirazını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Livanın "Al-Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, Livanın xarici işlər və miqrasiya naziri səlahiyyətlərinin icra edən Abdalla Habib krallığın Beyrutdakı səfir Xemiş Kouelli nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. Buna səbəb Devid Kameronun Livan Xarici İşlər Nazirliyini ziyarət etməməsi göstərilib.

Britaniyalı nazir fevralın 1-də Beyruta səfəri zamanı Livanın Prezidenti səlahiyyətlərini icra edən, Baş nazir təyin edilən Nəcib Mikati, parlamentin sədri Nabih Berri ilə görüşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.