Dünya

Türkiyə turizmdən 60 milyard dollar qazana bilər

6 Fevral 2024 08:20
Baxış: 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın aparıcı turizm bölgələrindən olan Türkiyə 2023-cü ildə illik 10 % artımla 56,7 milyon beynəlxalq ziyarətçini qəbul edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin hesabatında qeyd edilib. Bildirilib ki, ölkənin turizm gəliri illik müqayisədə 17 % artaraq 54,3 milyard dollara, ziyarətçilərin bir gecəlik ortalama xərcləri isə 99 dollara çatıb. Beynəlxalq ziyarətçilərin sayı və turizm gəlirləri ölkənin rekord göstəriciləri olaraq açıqlanır.

2023-cü ildə rekorda imza atan qonşu dövlət 2024-cü il ərzində 60 milyon turist cəlb etməyi və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.