Dünya

Husilər bu Avropa ölkəsini hədələdi

5 Fevral 2024 14:58
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər İtaliya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edərsə, bu ölkəyə məxsus gəmilər husilərin hədəfləri arasında olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi İtaliyanın "La Republika" qəzetinə müsahibəsində deyib.

"İtaliya Qəzzada İsrail və fələstinlilər arasında münaqişədə neytral olmalı və hücumları dayandırması üçün İsrailə təzyiq göstərməlidir. Bu, regionda sülhə nail olmağın yeganə yoludur", - o bildirib.

Qeyd edək ki, fevralın 2-si İtaliyanın müdafiə naziri husilərin hücumlarından qorunmaq məqsədilə Avropa koalisiya qüvvələrinə qoşulmaq üçün ölkədən bir gəmi və bir neçə döyüşçünün Qırmızı dənizə göndəriləcəyini elan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.