Dünya

Britaniya ordusu üçün yeni döyüş maşınları hazırlanır

4 Fevral 2024 10:07
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Babcock International Group" və "Supacat" şirkətləri Böyük Britaniya ordusu üçün 70 ədəd "Jackal 3" döyüş maşınının istehsalına başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Army Recognition" portalı məlumat yayıb.

"Babcock"un baş direktoru Devid Lokvud deyib ki, "Jackal" maşınları Böyük Britaniyada təhlükəsizliyin qorunmasına kömək edəcək:

"Qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bu vaxtda Britaniya ordusuna Jackal 3-ün tədarükü müsbət qiymətləndirilməlidir".

"Supacat"ın baş icraçı direktoru Nik Eyms isə bəyan edib ki, yeni döyüş maşını 25 illik xüsusi və 45 illik korporativ inkişafın nəticəsidir.

"Komandamız onları qısa müddətə çatdırmaq, qabaqcıl texnologiyadan istifadə etmək üçün Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edib. Biz gələcəkdə də Britaniya ordusunu yüksək səviyyəli məhsullarla təmin edəcəyik. Texnikanın istehsalını 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.