Dünya

Ağ Ev İsrailə yardıma qarşı çıxdı

4 Fevral 2024 09:55
Baxış: 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaşinqton administrasiyası ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya dəstək üçün əlavə vəsait ayırmadan İsrailə 17,6 milyard dollar yardım nəzərdə tutan qanun layihəsinə baxılmasının əleyhinədir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin dərc olunmuş yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, İsrailin təhlükəsizliyi müqəddəs olmalı və siyasi oyuna çevrilməməlidir:

"Aylar ərzində Administrasiya iki partiyalı senatorlar qrupu ilə sərhədimizi qoruyan, Ukrayna və İsrail xalqlarına dəstək verən milli təhlükəsizlik sazişi üzərində işləmişdir. Məhz qanun layihəsinin mətninin dərci fonunda, Nümayəndələr Palatasındakı respublikaçılar yeni rüsvayçı siyasi manevrlə çıxış ediblər. İsrailin təhlükəsizliyi müqəddəs olmalı və siyasi oyuna çevrilməməlidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.