Dünya

Rusiyada deputat parlamentə cins şalvarda getdi, danlandı

1 Fevral 2024 21:36
Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya plenar iclasda tribunadan cins şalvarla çıxış etdiyi üçün "Yeni Xalq" partiyasından olan deputat Vladimir Plyakini danlayıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər İnformasiya Agentliyi məlumat yayıb.

"Hər kəsə dərin hörmətim var, ancaq kürsüyə cins şalvarda çıxan deputat... Bağışlayın, bu, ümumiyyətlə, parlament etikasında yeni bir şeydir", - Yarovaya bildirib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu fikri dəstəkləyərək əlavə edib ki, deputat iş yerində öz seçicilərini və ölkəni təmsil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.