Dünya

Həbsxanada "AUE" ideyalarını yayan avtoritetə YENİ CƏZA

30 Yanvar 2024 15:12
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Perm şəhərində IK-9 həbsxanasında saxlanılan "Marik" ləqəbli kriminal avtoritet Marat Musin Rusiyada qadağan edilmiş "Məhkumların Cinayət Birliyi" (AUE) ekstremist hərəkatını təbliğ etdiyinə görə mühakimə olunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, müstəntiqlər kişini ekstremist təşkilatın fəaliyyətində iştirakda və cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham edirlər. İstintaqın məlumatına görə, o, 2020-ci il oktyabrın 30-dan 2021-ci il yanvarın 1-dək koloniyada cəza çəkərkən cinayətkar subkultura ideyalarını təbliğ edib.

Kriminal aləmdə Ciro Qalski kimi tanınan "qanuni oğru" Ciro Şoniinin qərarı ilə Marik lider olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.