Dünya

Ostin elan etdi: Bu hücuma cavab veriləcək

29 Yanvar 2024 07:44
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika regiondakı qüvvələrinə qarşı bu hücumlara dözməyəcək və bu hərəkətlərə cavab verəcək.

Milli.Az axar.az-a istinadən Foks TV-yə istinadla xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Lloyd Ostin ABŞ bazasına hücumla bağlı deyib.

O, hücuma görə məsuliyyəti iranyönlü qrupların daşıdığını bildirib.

Qeyd edək ki, İordaniyanın Suriya ilə sərhəd ərazisində yerləşən ABŞ bazasına PUA hücumu nəticəsində 3 hərbçi ölüb, 34 əsgər yaralanıb. İordaniya bazaya hücumun Suriya ərazisindən edildiyini açıqlayıb.

ABŞ lideri Bayden hazırda Ağ Evdə bununla bağlı təcili iclas keçirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.