Dünya

Quterreş: “Onlar məsuliyyətə cəlb olunacaq”

28 Yanvar 2024 12:30
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin bəzi əməkdaşlarına qarşı HAMAS ilə əlaqəsi olduğu iddialarından sonra BMT təcili tədbirlər görür.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

"BMT agentliyin bir neçə əməkdaşına qarşı son dərəcə ciddi ittihamlardan sonra təcili tədbirlər görür. Birləşmiş Millətlər Təşkilatının Daxili Nəzarət Xidmətləri İdarəsi dərhal araşdırmaya başladı" - baş katibin bəyanatında deyilir.

Quterreşin qeyd etdiyi kimi, bu insidentdə iştirak edən 12 nəfərdən 1-i ölüb, 9-nun şəxsiyyəti müəyyən edilərək işdən çıxarılıb.

"BMT-nin terror aktlarında əli olan hər bir əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq", - o vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.