Dünya

Qəzzada BMT-nin 153 əməkdaşı həlak olub

24 Yanvar 2024 10:33
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qəzza zolağındakı müharibə nəticəsində BMT-nin 153 əməkdaşı həlak olub".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

Quterreş əlavə edib ki, BMT əməkdaşları, digər məsələlərlə yanaşı, Fələstin əhalisini tibbi xidmətlər və mallarla təmin edir, hələ də fəaliyyət göstərən az sayda çörək zavodlarının işini dəstəkləyir və sığınacaqlara ərzaq çatdırır.

O, həmçinin münaqişənin bütün tərəflərini Qəzza zolağı ilə bağlı BMT-nin Yenidənqurma və Humanitar Məsələlər üzrə Baş Koordinatoru Siqrid Kaq ilə əməkdaşlığa çağırıb.

Qəzza üzrə koordinatorun təyin edilməsi BMT Təhlükəsizlik Şurasının 2023-cü ilin dekabrında qəbul edilmiş 2720 saylı qətnaməsinin tələblərindən biridir.

Kaq vəzifəsinə yanvarın 8-də başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.