Dünya

Fransada futbolçunu döyən və işğəncə verən polislərə şərti cəza kəsildi

21 Yanvar 2024 14:35
Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada 2017-ci ildə saxlanılma zamanı futbolçuya hücum edən üç polis məmuru şərti həbs cəzasına məhkum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu hadisə ölkədə səs-küyə səbəb olub və polisin irqçiliyinə diqqət çəkib.

Hökm elan edildikdən sonra Parisdə etiraz aksiyaları başlayıb.

Teodor Luhaka 2017-ci ilin fevralında Parisətrafı qəsəbələrədnbirində dostları ilə söhbət edərkən polis şəxsiyyətini yoxlamaq üçün onu saxlayıb.

Məlumat görə, polis gəncin üzünə gözyaşardıcı qaz vurub, onu döyməyə başlayıb və işgəncə verib. Zorakılıq səkkiz dəqiqə davam edib və lentə alınıb.

Nəticədə bir polis əməkdaşına 12 aylıq şərti həbs cəzası verilib. Ona 5 il müddətinə polisdə işləmək qadağan edilib. Digər iki nəfərə isə üç aylıq şərti cəza verilib və iki il müddətinə polis işindən uzaqlaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.