Dünya

Almaniyada azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər - FOTO

21 Yanvar 2024 09:49
Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi 4 nəfər Moldava vətəndaşı döyüb, ağır xəsarətlər yetiriblər.Məlumata görə, hadisə restoranların birində baş verib. Molovalılar restorandan istirahət edən türk vətəndaşına rusça ağır söyüşlər söyüblər. Əhliman rusça bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, 4 nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçayla başına arxadan zərbələr endiriblər.

Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir.

Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.