Dünya

Borrelli vəzifəsində o əvəz edə bilər

18 Yanvar 2024 21:58
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniyanın Baş naziri Kaya Kallas Avropa Parlamentinə qarşıdan gələn seçkilərdən sonra Aİ diplomatiya rəhbəri Cozep Borrelli vəzifəsində əvəz edə bilər.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" yazır.

Nəşrin məlumatına görə, Ursula fon der Leyen AK-nin rəhbəri və Roberta Metsola Avropa Parlamentinin sədri vəzifəsini davam etdirəcək, Danimarkanın Baş naziri Mette Frederiksen isə Avropa Şurasının rəhbəri postunu qoruyacaq. Kaya Kallas müvafiq olaraq Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini alacaq.

"Politico" qeyd edir ki, vəzifələrin bu bölgüsü coğrafi mövqe ilə əlaqədardır, burada məmurların hər biri Avropanın müəyyən coğrafi hissəsini təmsil edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.