Dünya

ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

17 Yanvar 2024 06:41
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ büdcə vəsaiti olmadığına görə Ukraynaya yeni silah tədarükü hazırlamır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sonuncu yardım paket dekabrın 27-də Kiyevə ayrılıb.

"Hazırda biz başqa bir yardım paketi hazırlamaq üzərində işləmirik, nə də [onun hazırlanması] və ya [yeni yardım paketinin] göndərilməsi ilə bağlı heç bir elan verilməyib", - deyə o bildirib.

C.Kirbi əlavə edib ki, ABŞ administrasiyasının hazırda bunun üçün maliyyə resursları yoxdur, "buna görə də bu yardımı davam etdirə bilməmiz üçün Ukrayna üçün əlavə milli təhlükəsizlik maliyyəsi əldə etmək bizim üçün çox vacibdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.