Dünya

Tramp Baydeni ABŞ-nin ən pis prezidenti adlandırdı

13 Yanvar 2024 13:55
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Yəməndə husilərə zərbə endirdiyinə görə Co Bayden administrasiyasını tənqid edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Respublikaçılar Partiyasının tərəfdarı yanvarın 12-də "X" hesabında bəyanat yayıb.

"İcazə verin, mən hazırkı vəziyyət barədə açıqlama verim. Biz yenidən bütün Yaxın Şərqə bombalar yağdırırıq, beş gündür itkin düşmüş müdafiə nazirimiz isə öz noutbukundan müharibə aparır", - keçmiş prezident yazıb.

Bundan əlavə, siyasətçi qeyd edib ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Əfqanıstanda təslim olan hərbi birləşmənin tərkibində olub. Eks-prezident vurğulayıb ki, baş verənlərdən sonra heç kim işdən çıxarılmayıb və məsuliyyətə cəlb olunmayıb.

O, həmçinin qeyd edib ki, Ağ Ev hazırda ölkənin cənubunda sərhəd təhlükəsizliyi məsələlərini həll etməkdənsə, Ukrayna, Qəzza zolağı və Yəməndəki hərbi münaqişələrə daha çox resurslar ayırır.

"Co Bayden ABŞ tarixinin ən pis prezidentidir!" - deyə Tramp yekunlaşdırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.