Dünya

Argentinada illik inflyasiya 90-cı illərdən bəri ilk dəfə 211 faizi ötüb

12 Yanvar 2024 01:42
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinanın illik inflyasiya səviyyəsi 2023-cü ili 211,4 faizlə başa vurub ki, bu da 1990-cı illərin əvvəlindən bəri qeydə alınmış ən yüksək göstəricidir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Dekabrda Argentinanın aylıq inflyasiyası da pesonun kəskin devalvasiyası fonunda proqnozlardan aşağı - 25,5 faizə çatıb.

Agentlik qeyd edib ki, Argentinanın liberitarian Prezidenti Xavyer Mileyin vəzifəyə başladıqdan sonrakı dövrə aid inflyasiya verilənləri, cari həftə IMF ilə imzalanmış vacib sazişə baxmayaraq, onun hökumətinin qarşılaşdığı nəhəng problemləri üzə çıxarıb.

Eyni zamanda, digər Latın Amerika ölkəsi - illərdir yüksək inflyasiyaya malik Venesuelada son aylarda qiymətlərdə azalma müşahidə olunur, belə ki 2023-cü ildə illik inflyasiya 193 faiz təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.