Dünya

İrəvan Qarabağ erməniləri üçün yeni proqramı təsdiq etdi

11 Yanvar 2024 19:58
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda Qarabağdan könüllü köçən ermənilər üçün yeni proqram təsdiq edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, İrəvan hökuməti Qarabağdan könüllü köçən ermənilərin peşə hazırlığının təşkili və iş təcrübəsi qazandırılmasına dəstək proqramını təsdiqləyib.

Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bildirib ki, bu proqram 3 komponentdən ibarətdir:

"Birinci mərhələdə peşəkar təhsil, sonra ən azı 3 aylıq məcburi iş olacaq. İkinci hissədə ödənişli təcrübə, ardınca ən azı 3 ay işlə təmin olunma mərhələsi gələcək. Üçüncü mərhələdə isə hər kəsi peşə hazırlığı, ödənişli təcrübə və iş gözləyir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.