Dünya

ABŞ-da sinaqoqda gizli tunel qalmaqalı: dəhşətli təfərrüatlar - Fahişəlik, pedofiliya... - FOTO

10 Yanvar 2024 14:33
Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-York ştatında yəhudilərin sıx şəkildə istifadə etdiyi "Çabad-Lubaviç Dünya Qərargahı" sinaqoqunda gizli tunellər aşkar edilib. Gizli tunellərdəki çarpayılarda qan izləri tapılıb. Tunellərdən birində uşaq arabası da tapılıb. Bütün dünyada gündəm olan hadisə ilə bağlı səslənən iddialar dəhşətlidir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, əvvəllər də xarici mətbuatda "Qızların qaçırıldığı, sinaqoqlarda zorlandığı, orqan alverinin edildiyi" xəbərləri yayılmışdı. Həmçinin yəhudi olan və həbsxanada ölən pedofil şəbəkəsinin lideri Ceffri Epsteynin dosyeləri ictimaiyyətə açıqlandıqdan sonra belə bir hadisənin ortaya çıxması da diqqət çəkib. Qazılan gizli tunellərdə əli olduğu iddia edilən bir çox adam həbs edilib.

Nyu-Yorkun Brooklyn Crovn Heights bölgəsində 770 Eastern Parkvay ünvanında yerləşən və yəhudilərin sıx şəkildə istifadə etdiyi "Chabad-Lubavitch World Headquarters" adlı sinaqoqda polis tərəfindən araşdırma aparılıb.

Reyd zamanı sinaqoqun altında qazılmış gizli tunellər aşkarlanıb. Bu arada sinaqoqda təhsil alan tələbələr də daxil olmaqla, polisə müqavimət göstərən və tunellərdən keçərək qaçmağa çalışan şəxslər saxlanılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Digər tərəfdən, Amerika mediasında əks olunan bəzi xəbərlərdə 6 ay əvvələ qədər tunelqazma ilə bağlı işlərin olduğu iddia edilib.

Sosial media hesablarında tunellərin pandemiya dövründə gizli ibadət etmək və ya qadınların içəri girməsi üçün qazıldığı iddia edilib. Tuneldə tapılan çarpayıda qan izləri ilə bağlı dəhşətli iddialar var. Bu qan izlərinin təcavüzə məruz qalan qızlara aid olduğu iddia edilib.

Digər tərəfdən, xarici media daha əvvəl sinaqoqlarda qızların qaçırılaraq təcavüz edildiyini, orqan alveri üçün istifadə edildiyini xəbər vermişdi. Sözügedən hadisənin həbsxanada ölən pedofil şəbəkəsinin lideri Ceffri Epsteynin dosyeləri ictimaiyyətə açıqlandıqdan sonra baş verməsi diqqət çəkir.

Qızlara qarşı cinsi qısnama, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan və ABŞ-da ölü tapılan yəhudi milyarder Cefri Epsteynin işi ilə bağlı dosyelərdə iyrənc detallar da var. ABŞ mətbuatında yer alan şərhə görə, qazılan gizli tunellərdə mütəxəssis olduğu iddia edilən bir çox adamın olduğu bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.