Dünya

İrandan Türkiyəyə Zəngəzur mesajı

8 Yanvar 2024 15:54
Baxış: 1 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlunun Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə reallaşdırılması ehtimalı haqda açıqlamasına münasibət bildirib.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, İran XİN sözçüsü Nasir Kənani bu məsələdə Tehranın mövqeyinin aydın və dəqiq olduğunu deyib.

"Qafqazdakı vəziyyət, sülh və sabitlik, dəhlizlər və tranzit keçidləri ilə bağlı aydın mövqeyimiz var. Tehran sülh və sabitlik naminə regional, eləcə də ticarət, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.

Həmişə qeyd etmişik ki, ticarət-iqtisadi əməkdaşlığın inkişafı regionda geosiyasi dəyişikliklərə, müxtəlif ölkələrin suverenliyinin və ərazi bütövlüyünün pozulması üçün bəhanə ola bilməz", - N.Kənani bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.