Növbətçi hava hücumundan müdafiə sistemləri Qara dənizin qərb hissəsi üzərində Ukrayna Silahlı Qüvvələrinin bütün pilotsuz uçuş aparatlarını ələ keçirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Telegram" kanalı məlumat yayıb.
"Yanvarın 5-də Moskva vaxtı ilə saat 20:00 radələrində Ukraynanın Rusiya Federasiyası ərazisindəki hədəflərə beş təyyarə tipli pilotsuz uçan aparatdan istifadə etməklə hücum cəhdinin qarşısı alınıb", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun