Dünya

Klodin Qey istefa verməyə məcbur oldu

3 Yanvar 2024 12:49
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən reytinqli ali təhsil və elm mərkəzlərindən olan Harvard Universitetinin rektoru Klodin Qey istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, "Harvard"ın ilk qaradərili rektoru olan Klodin Qey bir müddət əvvəl yəhudilərə qarşı keçirilmiş etiraz aksiyası səbəbindən vəzifəsindən ayrılıb. Aksiyadan sonra ABŞ Konqresində aksiyaları keçirən tələbələrin təhsil aldığı universitetlərlə bağlı tənqidlər səsləndirilmişdi. Təzyiqlərlə üzləşən rektor istefa vermək qərarına gəlib.

O, açıqlamasında Harvard Universitetinə daha çox ziyan dəyməməsi üçün bu addımı atdığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.