Dünya

Düyünün qiyməti 15 ilin ən yüksək səviyyəsinə qalxdı

28 Dekabr 2023 08:41
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə qalxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, buna yüksək tələb və davam edən təklif problemləri kömək edib.

Qeyd olunur ki, Tailand ağ düyüsünün qiyməti bir ton üçün 659 dollara qədər artıb. Sonuncu dəfə belə göstərici 2008-ci ilin oktyabrında qeydə alınıb.

Bildirilir ki, bu il quru hava və aparıcı düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması səbəbindən qiymətlər təxminən 38% artıb.

Xatırladaq ki, düyü Asiya və Afrikada milyardlarla insanın qidalanması üçün həyati əhəmiyyət kəsb edir. Qiymət artımı inflyasiya təzyiqlərini və alıcılar üçün idxal ödənişlərini artıra bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.