Dünya

Argentina prezidenti xalqını əvvəl təbrik elədi, sonra... - FOTO

31 Dekabr 2023 10:31
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina Prezidenti Xavyer Miley Milad bayramı münasibətilə xalqını qeyri-adi tərzdə təbrik edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə ki, o, özünün sosial şəbəkə hesabından fotosunu paylaşıb: "Bayramınız mübarək və diqqətli olun ki, kommunist olmayasınız", - yazıb.

Dövlət başçısının paylaşdığı foto xüsusi maraqla qarşılanıb. Belə ki, fotoda Miley əlində beysbol zopası ilə poza verib.

Xatırladaq ki, qəribəlikləri ilə daim gündəmdə olan Argentinanın yeni prezidenti dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılması prosesinə başlayıb. Məlumata görə, təxminən 23 min insan eyni anda işini itirib. O, həmçinin, nazirliklərin sayını 18-dən doqquza endirməyə vəd verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.